SON XƏBƏRLƏR
22 May 2018
Soyuq silahların qarşısı alındı - "beşbarmaq” elektroşoker, ox və...
KRİMİNAL 20:23 / 23.04.2018

Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində həyata keçirdiyi tədbirlər nəticəsində, xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb, müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 10 ədəd "beşbarmaq”, 5 ədəd dəyənək, 9 ədəd silah hissəsi, 4 ədəd elektroşoker, 48 ədəd ox aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, bundan başqa, gömrük hüquqpozmalarına qarşı aparılan qətiyyətli mübarizənin nəticəsi olaraq Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşları tərəfindən müxtəlif bağlamalarda 18 ədəd nişangah, 50 ədəd kazino daşları, 5 ədəd patrondolduran dəzgah, 1 dəst sualtı ovda istifadə olunan pnevmatik tüfəng, 250 ədəd 5,5 mm kalibrli mərmilər, 98 ədəd siqarlar, 460 həb və 159 ampul tərkibində güclü təsiredici maddələr olan dərman preparatları, 337 həb və 40 ampul psixotrop dərman preparatları aşkarlanıb.

Ümumilikdə, 57 belə fakt qeydə alınıb. Onlardan 39 fakt üzrə toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinə, 9 fakt üzrə toplanmış materiallar DGK-nin İstintaq İdarəsinə göndərilib, 9 fakt üzrə isə hazırda araşdırma aparılır.