SON XƏBƏRLƏR
18 Avqust 2018
17 Avqust 2018
Prezident fərman İMZALADI
SİYASƏT 21:21 / 23.04.2018
Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Unikal.org-un məlumatına görə, anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Anlaşma Memorandumu 2018-ci il martın 28-də Bakıda imzalanıb.