"Ermənistanın yeni baş naziri yaxın bir həftə ərzində təyin ediləcək".

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkəmüxalifətinin lideri Nikol Paşinyan bildirib.

"Xalqın seçəcəyi yeni baş nazir yaxın həftə ərzində təyin edilməlidir. Bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək", - o deyib.