Kanadanın Toronto şəhərində avtomobilin kütləyə çırpılması nəticəsində 5 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə BNL News xəbər verib.

Bundan əvvəl insident nəticəsində 10-dək insanın müxtəlif dərəcəli xəsarət aldığı bildirilirdi.

Hadisə yerindən qaçan sürücü saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

xxx

Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 10-dək insan xəsarət alıb.

İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 ("Böyük yeddilik) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.