1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlunun qətlə yetirilməsi ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə unikal.org-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

08:54

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət ƏsgərovDövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.