Ölkə gündəmini zəbt edən zorlama faktının yeni təfərrüatları ortaya çıxıb.

Unikal.org xəbər verir ki, Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində son günlərin ən çox müzakirə olunan məsələsi araşdırılaraq tamaşaçılara təqdim edilib. 

Belə ki, 46 qızı zorladığı iddia olunan falçının izinə düşən teleaparıcı Amil Xəlil onunla görüşə bilib. Günlərdi mediadan qaçan Ramil Talıbov adlı şəxs olanlara aydınlıq gətirib. O bütün iddiaları rəd edərək, adı hallanan qızların biri ilə sevgili olduğunu və heç bir zorlama faktının olmadığını qeyd edib.

Hər kəsə taksi şoferi olduğunu və falçılıqla məşğul olmadığını desə də "Olar? Olmaz!" verilişində falçı olduğunu etiraf edib. Bundan başqa bəzi şəkilləri də Amil Xəlilə təqdim edib. Həmin anları sizə təqdim edirik. 

Qeyd edək ki, bu axşam 19:50-də falçının açıqlamaları davam edəcək. Daha bir şahid ilk dəfə olaraq "Olar? Olmaz!" -da danışacaq.