24 Oktyabr 2018
23 Oktyabr 2018
Vahid Əhmədovun ürəyində problem yarandı
CƏMİYYƏT 10:27 / 24.04.2018
Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov səhhətində yaranan problemə görə, xəstəxanaya yerləşdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bir ay bundan əvvəl V.Əhmədov ürəyində ciddi problem yaranıb. Bakıda xəstəxanaların birinə yerləşdirilən millət vəkili ürəyindən təcili əməliyyat olunub və stend qoyulub.

Millət vəkilinin səhhəti normaldır, hazırda işinin başındadır.

Vahid Əhmədov Unikal.org-a açıqlamasında deyib ki, hazırda səhhəti normaldır, müalicəsini davam etdirir: "Ürəyimdə problem yaranmışdı. Müalicə olunuram”.

Orxan Həsənov