Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

Unikal.org xəbər verir ki, ilk yarımfinal oyunu İngiltərədə olacaq. "Liverpul "Romanı qəbul edəcək. "Roma 34 illik fasilədən sonra ilk dəfə ÇL-in yarımfinalında çıxış edəcək. Maraqlıdı ki, 34 il öncə bu səddi keçmiş "canavarlar finalda məhz "Liverpula məğlub olmuşdu.

Sabah isə "Real "Bavariyanın qonağı olacaq. Son iki ÇL-in qalibi olan "kral klubu bu il də titula əsas iddiaçılardandı. "Bavariya doğma meydandan sərfəli nəticə ilə ayrılmağı planlaşdırır.

Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

24 aprel

22:45 Liverpul (İngiltərə) - Roma (İtaliya)

Cəzalı: Yoxdur

Zədəli: Joel Matip, Adam Lallana, Əmrə Can (hamısı "Liverpul), Rik Karsdorp, Qreqor Defrel (hər ikisi "Roma)

Baş hakim: Feliks Brix (Almaniya)

Yer: Liverpul. "Enfild stadionu


25 aprel

22:45 Bavariya (Almaniya) - Real (İspaniya)

Cəzalı: Yoxdur

Zədəli: Arturo Vidal, Kinqsli Koman (hər ikisi "Bavariya), Korenten Tolisso, Manuel Noyer, David Alaba (şübhəli, hamısı "Bavariya), Naço (şübhəli, "Real),

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Yer: Münhen. "Alyans Arena