"Azərişıq ASC Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələr yenidən qurur.

Bu barədə unikal.org-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye və digər inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir: "Belə ki, hazırda Tərtər rayonunda 110/35/6 kv-luq "Tərtər, Ağdaş rayonunda isə 110/35/10 kv-luq "Ağdaş yarımstansiyası tikilərək da tam yenidən qurulur və hazırda sözügedən ərazilərdə ciddi iş aparılır. Mingəçevir Elektrik Şəbəkəsinin xidməti ərazisində isə 35/6 kV-luq "Yeni Mingəçevir yarımstansiyası tikilərək istifadəyə verilib. Eyni zamanda "Yeni Mingəçevir yarımstansiyasını qidalandırmaq üçün yüksək gəeginlikli 35 kv-luq 2 dövrəli yeraltı kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib. Bundan başqa şəhər istiqmətində 6 kV-luq 2 hava xətti yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma işləri hazırda davam etdirilir.

"Azərişıq sözçüsü Yevlax və Bərdədə də yenidənqurma işlərinin həyata keçirildiyini qeyd edib: "Yevlax rayonunda da "Yeni Mingəçevir yarımstansiyasından qidalanan 6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib. Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli, Hacıselli, Marzılı, Gülövşə, Əkşəm, A.Bucaq , Yenicə, Aşağı Salambad, Yuxarı Salamabad və Əcəmi kəndlərində köhnə 0.4 kv-luq hava xətləri ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabellərlə əvəz olunub və bu ərazilərdə 43 ədəd yeni KTM (Komplekt Transformator Məntəqəsi) quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli və Meyvəli kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə yenidən qurulub və hal-hazırda bu işlər Kövər kəndində davam etdirilir. Bərdə rayonunun Lənbəran kəndində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər, Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəli Qarayusfli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin bir hissəsi 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş köhnə sayğaclar yenisi ilə dəyişdirilib. Hal-hazırda Xanərəb kəndindin 10 və 0.4 kv-luq EVX-lərində yenidənqurma işləri aparılır.

"Göyçay Elelktrik Şəbəkəsinin xidməti ərazisində Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman, Potu kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz edilibhazırda Qarayazı kəndində də 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri aparılır. Goranboy rayonunun Abbasqulular kəndində də 10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri hazırda davam edir. Ucar Elektrik Şəbəkəsinin xidmti ərasində rayonun Gərabəyli, Qazqumlaq və Bərgüşad kəndlərində 0.4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə əvəz olunub və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir. Türkəçi kəndinində isə hava xətləri tamamı ilə ÖİN kabellərlə əvəzlənib. Hal-hazırda Ucar rayonunun mərkəzində yerləşən 20 Yanvar küçəsində 0.4 kv-luq hava xətləri ÖİN kabellərlə əvəz olunması işləri aparılır. Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərininin bir hissəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir. Yenidənqurma işləri Ağsu rayonunun mərkəzində də aparılıb və yeni KTM-lər qurlaşdırılıb - T.Mustafayev əlavə edib.

Qurum rəsmisi qeyd edib ki, Kürdəmir rayonunun Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq Yeni-Şıxımlı, Çərtəyəz kəndlərində və Şəhər ətrafı ərazilərdə hava xətləri də yenidən qurulub və hazırda Sor-Sor kəndində 10 və 0.4 kv-luq hava xətlərində yenidənqurma işləri aparılır: "Ağdaş rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə kəndi ərazisində 10 və 0.4 kv-luq hava xətləri yenidən qurulur. Arxada qalan aylar ərzində isə Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin bir hisəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yeni sayğclarla əvəzlənib.