SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
İki vəkilin fəaliyyətinə 1 illik QADAĞA
HADİSƏ 11:36 / 24.04.2018
Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, iclasda baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətinə baxılıb. R.Usubov müraciətində qeyd edib ki, AXCP sədrinin müavini Gözəl Bayramlının vəkili Əsabəli Mustafayev və jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli mətbuata müsahibə verərkən müvəkkillərinin işinin siyasiləşdirildiyini, sübutların saxta olduğunu deməklə hüquq-mühafizə orqanlarının işinə kölgə salıb.

Rəyasət Heyətinin qərarı ilə hər iki vəkilin fəaliyyətinə 1 il müddətinə qadağa qoyub.

Hər iki vəkil bu qərarla razı olmadığını və məhkəməyə müraciət edəcəklərini bildirib.