Mustafa Kamal Atatürkün uşaqlarla maraqlı fotoları yayılıb.  

Unikal.org xəbər verir ki, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən "23 Aprel" Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Atatürkün uşaq sevgisini göstərən fotolar paylaşılıb.

M.K.Atatürk ömür boyu bütün sevdiklərinə yaşından aslı olmayaraq "çocuk" deyə xitab edib. Atatürkün uşaq sevgisi heç vaxt diqqətlərdən yaynmayıb. İstər yurd içi gəzintilərində, istər ailə söhbətlərində Atatürkün yanında hər zaman bir uşaq olub. 


Həmin fotolar içərisində onun azərbaycanlılarla görüşü də əks olunub. Belə ki, Mustafa Kamal Atatürkün azərbaycanlı qonaqlar ilə istirahət zamanı bir fotosu çəkilib. Həmin fotoda da bir uşaq ulu öndərin qucağında əyləşib. Həmin uşaq isə şair və yazar İzzet Ulvinin oğlu Gültekindir.