Cəlilabad rayonunda kütləvi dava olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bir neçə şəxs arasında yaranan mübahisə sonradan davaya çevrilib.

Nəticədə rayonun Abazlı kənd sakini, 1986-cı il təvəllüdlü Dövlət Qürbət oğlu Alışov müxtəlif bədən xəsarətləri alıb.

Tanımadığı şəxslər tərəfindən döyülən D. Qüdrətov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.