SON XƏBƏRLƏR
23 May 2018
"Belə qurum Azərbaycan üçün lazımsızdır" - Ramiz Mehdiyev
SİYASƏT 17:36 / 24.04.2018
"Miqrasiya xidməti Respublikanın qapısıdır, bu qurum dövlətə əməli ilə hörmət gətirməlidir”.

Unikal.org ATV -yə istinadən xəbər verir ki, təqdimatda çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə başçısının miqrasiya xidmətinin fəaliyyətinə müəyyən iradlar tutduğunu və bunların tezliklə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı.

Cənab prezident hesab edir ki, miqrasiya xidmətində təmizlik, aşkarlıq, şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamalıdır ki, sabah bu məsələlər yenə baş versə aidiyyatı insanlar məsuliyyətə cəlb olunsun. Miqrasiya xidməti Azərbaycanın qapısıdır. O şəffaf işləməlidir. Ölkəyə, dövlətə hörmət gətirməlidir. Əgər hörmət gətirmirsə belə qurum Azərbaycan üçün lazımsızdır.

Yeni təyin olunan Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov Prezidentin ona göstərdiyi etimadı doğruldacağına söz verdi.

Sizə də, dövlətimizin rəhbərliyinə də əmin etmək istəyirəm ki, bu tapşırıq vəzifələrin öhdəsindən gəlmək üçün bütün bilik bacarığımızdan əlimizdə olan bütün vasitələrdən istifadə edərək bizim qurumda şəffaflığın, məsuliyyətli yanaşmanın vətəndaş məmnunluğunun təmin olunması üçün bütün tədbirləri həyata keçirəcək.

"Gənc kadrların təyin olunması Azərbaycanın gələcək inkişafı ilə bağlı çox mühüm məsələdir və cənab prezident bu məsələlərə böyük diqqət göstərir. Məlum olduğu kimi son vaxtlar prezidentin sərəncamları ilə gənc kadrlar müxtəlif yüksək vəzifələrə təyin olunub. Etimad böyükdür. Hesab edirik Azərbaycan yeni səhifəni açır".