Aprelin 24-də Abşeron rayon İcra Hakimiyyətində "Ölkəmizi tanıyaq" tur-aksiyada iştirak edən rayon məktəbliləri, ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən beynəlxalq şahmat turnirində bürünc medala layiq görülmüş Ümid Aslanov və "Bir gəncin düşünçələri adlı kitabın müəllifi Emin Rzazadə ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, məktəbliləri salamlayan icra başçısı bildirib ki, prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində "Ölkəmizi tanıyaq layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb.

Rayon rəhbəri qeyd edib ki, məktəblilərin biliklərinin artırılmasında, şagirdlərin dünyagörüşlərinin formalaşmasında və zənginləşməsində tur-aksiyanın mühüm əhəmiyyəti var. Bildirib ki, artıq son turlarda rayonumuzun məktəbliləri bilik yarışlarında uğurlu göstəricilər əldə ediblər. Bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmamış, 42 rayon arasında keçirilmiş bilik yarışında 1-ci və 2-ci yeri tutmuşdur.

Məktəbliləri "Nə? Harada? Nə zaman? milli intellektual oyununda qazanılmış qələbələr münasibətilə təbrik edən icra başçısı bildirib ki, Abşeron məktəblilərin oyuna olan maraqlarının və hazırlıqlarının yüksək səviyyədə olması, intellektual oyunların tarixində ilk dəfə bir rayonun 2 komandası birincilik əldə edib. Abşeronun "Xəmsə komandasının birinci yeri, "Qəzəlxan komandası ikinci yeri tutduğunu vurğulan İ.Gülməmmədova qeyd edib ki, Abşeronlu şagirdlərin kubok, medallar və sertifikatlarla rayonumuza qayıdışı çox sevindirici haldır .

Sonra tur-aksiya iştirakçısı olmuş Şükür Şükürlü ,Aqşin Rzayev, Xanməd Müslümov, Əliosman Atakişiyev, Ziya Nəcəfli və başqaları öz səfər təəssüratlarını bölüşərək gəzdikləri rayonlarda gördüklərindən danışıblar. Tur-aksiyanı təşkil etdiyinə görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya bütün iştirakçılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Ümid Aslanovu təbrik edən icra başçısı bildirib ki, Ümid Gürcüstan, Yunanıstan və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pillələrinə qalxmağı bacarıb

Abşronlu məktəbli Ümid Aslanov görüşdə vurğulayıb ki, ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən 15 ölkədən 100-dək şahmatçının qatıldığı beynəlxalq şahmat turnirində yarışın qalibləri sırasında yer alıb. O, Vətənə bürünc medalla qayıdıb.

Toplantıda Ümidin atası Fuad Aslanov qeyd edib ki, yeddi oyuna çıxan 12 yaşlı Ümid bu qarşılaşmaların 5-də qələbə qazanıb. Bir oyunu heç-heçə başa vurub, birində isə məğlub olub. Ümid 5 yaşından etibarən Azərbaycanda və beynəlxalq yarışlarda keçirilən turnirlərdə ,çempionatlarda dəfələrlə birinci yer tutub.

Yığıncaqda İ.Gülməmmədova Emin Rzazadənin "Bir gəncin düşünçələri adlı ilk kitabında müəllifin öz yaşına uyğun müdrikliyindən, yazıların səmimiliyindən, fərqli şəxsiyyətindən bəhs edərək, Eminə gələcəkdə dərslərində və yaradıcılığında uğurlar arzu edib.

Bildirilib ki, "Bir gəncin düşünçələri kitabına ölkəmizin dünəni və bu günü, tariximizin unudulmaz hadisələri və şəxsiyyətləri haqqında müəllifin düşünçələrindən ibarət məqalələri toplanıb. Məqalələrin mövzusu müxtəlif olsa da, hər birində yazıçının özünəməxsus yazı ahəngi seçilir.

Çıxış edən məktəblillərdə rayonuda həyata keçirilən tikinti-quruculuq işlərinə, tur-aksiyanın yüksək səviyyədə təşkil edilməsinə, məktəblilər üçün yaradılmış şəraitə görə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məktəblilər, valideynlər, müəllimlər adından öz dərin minnətdarlıqlarını bildirib, ən xoş arzularını çatdırıblar.