Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 170 m² olan sağlamlıq mərkəzinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.