Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorla hadisəsi baş verib. Həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.

Unikal.org BiG.AZ-a istinadən  xəbər verir ki, zorlama hadisəsi ilə bağlı hazırda məktəbin ibtidai sinif şagirdlərin valideynləri məktəbin qarşısında aksiya keçirir. Direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər.

Bu barədə məlumat verən valideyinlər direktorun onlarla görüşdən imtina etdiyini söyləyib: "Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik.