Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.