ABŞ-ın paytaxtı Vaşinqtonda ermənilər aksiya keçirib və 1915-ci il hadisələr ilə bağlı fikirlər səsləndiriblər.

Həmin nümayişə etiraz edən türklər 1915 hadisələrinin ermənilər tərəfindən təhrif olunaraq təqdim edildiyini və bunun böyük bir səhv olunduğunu deyiblər.

Unikal.org xəbər verir ki, ermənilərin aksiyasına etiraz edən türklər İstiqlal Marşı oxuyaraq Türkiyə və Azərbaycan bayraqlarını açıblar. Ermənilərin aksiyasına etiraz edənlər içərisində Türkiyə vətəndaşlarından başqa Azərbaycan və axıska türklər də olub.

Nümayişdə Türkiyə lehinə şüarlar səsləndirən kütləyə qardaş ölkənin Vaşinqtondakı səfiri Serdar Kılıç, Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov və Türkiyə-Amerika Milli İstiqamətləndirmə Komitəsi (TASC) qurucu başçıları Halil Mutlu ilə Gunay Evinç də müşayiət edib.

Türkiyənin Vaşinqton Böyükelçiliyinin qarşısında da aksiya keçirilib. Nümayişlər insidentsiz başa çatıb.