Ermənistanın idman və gənclərlə iş üzrə nazir Qraçya Rostamyan istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib.

Unikal.org "Aysor.ama istinadən verdiyi məlumata görə, nazirin "Facebook səhifəsində yer alan bəyanatında qeyd olunub ki, o, "Çiçəklənən Ermənistan partiyasının üzvü olaraq partiya sədri Qaqik Tsarukyanın ümummilli birləşmə çağırışını dəstəkləyir və aksiyalara qoşulur.

Keçmiş nazir Ermənistan Respublika Partiyası və "Daşnaksütyun partiyasından olan həmkarlarını da xalqa qoşulmağa çağırıb.