Antalyada polis əməkdaşları növbəti basıqını həyata keçirib. Basqın zamanı axtarışda olan 60 nəfərdən 42-si saxlanılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin eyni zamanda 81 əyalətdə əməliyyat həyata keçirib.

42 nəfər "mala ziyan vurma", "adam öldürmək", "qəsb", "yağmlama", "fırıldaqçılıq" kimi günahlara görə tutulub.

Polis 7 çayxana, 11 metruk bina, 17 park, 5 kafe, 8 ibadətxana və ətrafı, 55 ictimai təşkilatına aid bina, təsis və ətrafı, 23 alver mərkəzi ətrafı, 18 əyləncə məkanı ətrafı, eləcə də Rus, İngilis və Alman Konsulluqları, xarici ölkələrin nümayəndəlikləri və onların ətrafında əməliyyat keçirib. 

Basqın zamanı 61 türk vətəndaşı, 6 qırğız, 1 Azərbaycan, 2 Rus, 23 Suriya xarici şəxs istintaqa cəlb olunub. 14 maşın da yoxlanılıb. Ancaq baraşdırmalar zamanı heç bir cəza elementi tapılmayıb.