Türkiyənin Milliyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli futbol üzrə ölkə kubokunun yarımçıq dayandırılmış "Fənərbaxça - "Beşiktaş oyunundan bəhs edib.

Unikal.org Türkiyə mətbuatına istinadın xəbər verir ki, müxalifət partiyası lideri şəxsi "tvitter səhifəsində azarkeşlərin hərəkətlərinə görə yarımçıq dayandırılan derbinin qaldığı yerdən oynanılmalı olduğunu bildirib:

"İnanıram ki, Türkiyə Futbol Federasiyası "Fənərbaxça - "Beşiktaş oyununun qaldığı yerdən davam etməsi barədə qərar qəbul edib, futbola fitnə qarışdırmaq istəyənlərini planlarını pozacaq.

Xatırladaq ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Fənərbaxça - "Beşiktaş matçı meydan sahibinin azarkeşlərinin meydana yad cisimlər atdıqlarına görə yarımçıq dayandırılmışdı. Azarkeşlərin hərəkəti nəticəsində "qartalların baş məşqçisi Şenol Günəşin başı yarılmış, onun başına bir neçə tikiş atılmalı olmuşdu. Dayandırılan zaman oyunda hesab açılmamışdı.