Türkiyənin Antalya şəhərində 40 yaşlı Ali Akgül adlı manyak evinə aparmaq təklifi ilə maşınına aldığı qadına bıçaqla hədə qorxu gələrək təcavüz edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, manyak 30 yaşlı S.T adlı qadını maşınına mindirib. Daha sonra öz əməlini həyata keçirmək üçün avtomobili boş əraziyə sürüb.

A.Akgül həmin yerdə qadına təcavüz edib. Qadın müqavimət göstərmək istədikdə isə onu döyərək maşından atıb və ərazidən uzaqlaşıb. Hadisənin şahidləri təcili yardım maşını çağırıb və polisə xəbər veriblər.

Polis tərəfindən saxlanılan manyak həbs edilib.