Portuqaliyanın istirahət mərkəzlərinin birində barmen sərxoş qıza kömək etmək bəhanəsiylə təcavüz edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliyanın Alqarve bölgəsində dincələn 19 yaşlı qız 28 yaşlı barmenin ona yuxu gətirən və mənşəyi məlum olmayan içki verdiyini bildirib. Halı pisləşən qız üzünü yumağa gedib. Geri qayıdanda barmen qıza kömək etmək üçün qoluna girərək sakitləşməsi üçün içəri daxil olmağı təklif edib. Qızı depo kimi istifadə edilən otağa apararaq orada zorlayıb. Özünə gələn qız polisə xəbər verib. Bundan sonra barmen həbs edilib.