SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
Yeni medal təsis edilir - 100 illiylə bağlı
CƏMİYYƏT 21:23 / 25.04.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi təklif olunur.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bununla əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.