Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

"Ermənistandakı mövcud vəziyyət müzakirə olundu. Vladimir Putin və Armen Sarkisyan daxili böhranı ən qısa zamanda aradan qaldırmaq üçün bu ölkədəki bütün siyasi qüvvələrin dözümlülük və məsuliyyət nümayiş etdirməsini, konstruktiv dialoq yolu ilə mövcud problemləri həll etməyə hazır olmalarının vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub.