Ermənistanda yaranmış vəziyyət cinayətkar qruplara münbit şərait yaradıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 25-i saat 15:00 radələrində Nubaraşen həbsxanasında bir qrup məhbus cəzaçəkmə müəssisəsinin təhlükəsizlik xidməti əməkdaşlarına zor tətbiq etməklə onlardan kameraların açarlarını alıb.

Ermənistan prokurorluğunun yaydığı məlumata əsasən, məhbuslar həbsxanadan qaçmağa cəhd ediblər. Onların bu əməlinin qarşısı alınıb. Həbsdən qaçmağa çalışan məhbuslara yenidən cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.