Suraxanı bazarında güclü yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə ötən gecə saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 7 ünvanında yerləşən bazarda baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Suraxanı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub.Hadisə zamanı xəsarət alan olmasa da 10-na yağın mağaza yanıb.Yanğının baş vermə səbəbləri hələlik bilinmir.Hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.