Xəbər verdiyimiz kimi, Ağsu şəhər 2 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ağsu şəhər 2 saylı orta məktəbin direktoru Ramin Mahmudov unikal.org-a açıqlamasında bildirib ki, şagird evlərindən dərsə gələrkən vəziyyəti yaxşı olmayıb:

"Həmin şagird bizim məktəbin 3-cü sinifdə oxuyur. Özü də rayonumuzun idmanla məşğul olan uşaqlarındandır. Dərsə gələndə özünü pis hiss edirdi. Dərsdə olarkən gördük ki, Əzizağa Nəsibovun səhhəti yaxşı deyil, valideynlərinə xəbər verdik, onlar da xəstəxanaya apardılar. Adıçəkilən şagird məktəbdən yemək almayıb. O, məktəbin bufetindən heç nə yeməyib. Ötən gün xəstəxanaya şagirdimizin yanına getnmişdim. Səhhətində ciddi bir şey yoxdur. Sabah xəstəxanadan evə buraxılacaq.

Famil Fərhadoğlu