24 Oktyabr 2018
23 Oktyabr 2018
Sarkisyan hakim Partiyanın sədrliyindən İSTEFA VERDİ
DÜNYA 12:20 / 26.04.2018
Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan hakim Respublika Partiyasının sədrliyindən də istefa verib.

Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, partiya daxilində sədrin dəyişdirilməsi barədə müzakirələr başlayıb.

Məlumata əsasən müzakirələr zamanı Serj Sarkisyan baş nazir postundan getməsinin səbəbini izah edib, ölkədə sülh və stabillik naminə sədr vəzifəsindən də istefa verdiyini açıqlayıb.

Partiyaya hələlik yeni sədr seçilməyib.