Siyəzən rayonunun Ağbaş kəndi ərazisində bir nəfər Samur-Abşeron kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində meyit tapılıb.

Hələlik şəxsiyyəti məlum olmayan qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.