SON XƏBƏRLƏR
26 May 2018
25 May 2018
Ermənistanda etiraz aksiyaları yenidən başladı - VİDEO
DÜNYA 12:43 / 26.04.2018
Ermənistanda müxalifət tərəfdarları səhər saatlarından etiraz aksiyalarını bərpa ediblər.

Unikal.org TASS-a istinadən xəbər verir ki, nümayişçilər artıq Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar və liderləri Nikol Paşinyanın ölkənin baş naziri seçilməsini tələb edirlər.

"Respublikaçılar Partiyasının baş nazir postuna namizədini irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır", - nümayişçilərin liderlərindən biri olan David Sanasaryan bildirib.

Müxalifət tərəfdarları həmçinin Zvartnots hava limanına gedən yolu da bağlayıblar.