Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

Məlumata görə, hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.