Məşhur holland mütəxəssis Lui van Qal yenidən futbola qayıdır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Van Qal olduqca cəlbedici təklif alıb. Bu barədə mütəxəssis özü məlumat verib:

"Mənə olduqca çox təklif gəlib. Düzdü, bu hal bir çoxunun xoşuna gəlmir. İndi əminliklə "təqaüdə gedirəm deyə bilmərəm. Ancaq iyulda işləyəcəyimə də təminat vermirəm.

Amma hazırda elə bir təklif almışam ki, imtina etmək mümkün deyil.

Van Qal 2015/16 mövsümündə "Mançester Yunayteddə çalışıb.