Moskva metropoliteninin stansiyalarında 400-dən çox vendinq avtomatları (qida və su məhsullarının satışı üşün avtomatlar - red.) quraşdırılacaq.

Unikal.org-un  məlumatına görə, bu avtomatlar 55 stansiyada yer alacaq.

Qeyd olunur ki, bu avtomatlardan sərnişinlər yemək, dondurma, soyuq və isti içkilər, müxtəlif aksessuarlar ala biləcək.

Hazırda Moskva metrosunun 22 stansiyasında 200-ə yaxın vendinq avtomatı quraşdırılıb.(trend)