ABŞ Senatı Mayk Pompeonu dövlət katibi postuna təsdiqləyib. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, onun təyinatı 100 senatordan 57-si tərəfindən dəstəklənib.

Bundan əvvəl Mayk Pompeonun namizədliyi Senatın Xarici İşlər Komitəsi tərəfindən dəstəklənmişdi

M.Pompeo andiçmə mərasimindən sonra rəsmi olaraq dövlət katibi səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, M.Pompeo 2017-ci ilin yanvarından 2018-ci ilin martınadək Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsində çalışıb.