Dünyasını dəyişmiş şəxsin paltararı onun varislərinə məxsusdur və həmin paltarlarla istədikləri şəkildə davrana bilərlər. 

Unikal.org bildirir ki, bu barədə dini mənbələrdə konkret göstəriş yoxdur. Mərhumun yaxınları həmin paltarlardan özləri də istifadə edə bilərlər. Bəzilərinin düşündüyü kimi, ölünün paltarını geyinmək insana bədbəxtlik gətirməz. Bu paltarları başqasına bağışlamaq da olar. Yaxşı olar ki, bu zaman yoxsul və ehtiyaclı şəxslərə üstünlük verilsin. Bu yolla həm ölünün varisləri savab qazanarlar, həm də mərhumun ruhu rəhmət sahibi olar. Xalq ənənəsinə görə, mərhumun paltarlarını, ona cənazə qüslü vermiş şəxsə (ölüyuyana) bağışlayılar. Bu, vacib deyil, amma qadağan da deyil.