Xəbər verdiyimiz kimi, Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 65 il sonra bir araya gələn Cənubi və Şimali Koreya prezidentlərinin görüşündə maraqlı anlar yaşanıb. Səhər saatlarında Pxenyandan səfərə çıxan Kim Çen İnn iki ölkənin sərhəddində yerləşən Pxanmuncom kəndindəki "Sülh evində Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşüb.

Tarixi görüşdə iki ölkə lideri maraqlı mesajlar səsləndiriblər. KXDR-in prezidenti Kim Çen İn Cənubi Koreyalılara xitabən deyib ki, "nüvə sınağıyla bağlı səhər saatlarında oyandığınızı eşitdim, bundan sonra yuxunuza haram qatmayacam.

İki liderin görüşündə Kim Çje İn "Sülh evindəki xatirə dəftərinə ürək sözlərini qeyd edib. Şimalı Koreya lideri xatirə dəftərinə bu sözləri qeyd edib: "Bu andan etibarən yeni tarix başlayır, bu gün bir sülh çağının tarixi başlanğıc nöqtəsidir.

Tarixi görüşdə Şimali Koreya liderinin bacısı Kim Yo Çjon Cənubi Koreya tərəfi ilə danışıqlar zamanı iki dövlətin birləşdirilməsinin tezləşdirilməsini təklif edib.


Qeyd edək ki, iki dövlət başçısı 1950-1953-cü illərdəki Koreya müharibəsindən bu vaxta kimi 3-cü dəfə baş tutan zirvə toplantısında Cənubi Koreya torpaqlarına ayaq basan İlk Şimali Koreya lideri Kim Çje İn olub. Şimali Koreya liderinin nüvə sınaqlarına görə son zamanlar iki ölkə arasında gərginlik artmaqda idi. Cənubi Koreyada 2018 Qış Olimpiya Oyunlarında Şimali Koreya idmançılarının iştirakı zamanı aparılan danışıqlarda iki ölkənin zirvə toplantısının keçirilməsi qərara alınmışdı.