Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə sektor müdiri uzun zamandır, xəstəlikdən əziyyət çəkirmiş.

Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov özünün Feysbuk səhifəsində yazıb.

O, S.Gözəlovun ağır xəstəlikdən sonra vəfat etdiyini bildirib:

 " Yaxşı insanları itirmək çox ağırdır. Belə insanlardan biri, səmimiyyəti, insanlığı, yüksək peşəkarlığı ilə örnək olan, təhsil sistemində özünəməxsus hörməti ilə hamının sevgisini qazanmış Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov ağır xəstəlikdən sonra vəfat etmişdir.

 Allah rəhmət etsin!"