SON XƏBƏRLƏR
23 May 2018
Tovuzda 29 yaşlı kişini əqrəb sancdı
HADİSƏ 10:28 / 27.04.2018
Tovuz rayon sakinini əqrəb sancıb.

 Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndinin Avaztəpə yaşayış massivində baş verib. Orada yaşayan 1989-cu il təvəllüdlü Əhmədov Bəhruz Məzahir oğlunun həyətdə iş görən zaman əqrəb sancdığı bildirilir.

 Ayağını əqrəb sancan B.Əhmədov dərhal xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.