Sosial mediada paylaşdığı fotoşəkillərlə qısa müddətdə fenomen olan İsrailli qadın əsgəri Kim Mellibovsky dünyanın ən cazibədar qadın hərbçisi adına layiq görülüb.

Unikal.org xəbər verir ki, İsrail qadın hərbçiləri çox vaxt çimərliklərdə bikində, bəzən də silahllarla şəkil çəkib Instagramda "İsrail Ordusunun seksual qızları" (Hot Israeli Army Girls) səhifəsində paylaşırlar.

Foto paylaşanlar arasında İsrailin ən məşhur Kim Mellibovsky adlı qadın hərbçisi də var. O, hərbi xidməti başa vurduqdan sonra, bu səhifənin hesabına dünyanın ən yaxşı şirkətləri tərəfindən iş təklifləri alanlar arasındadır. 

Belə ki, hərbi xidməti başa vuran Kim Mellibovsky reklam çəkilişlərinə dəvət alıb. O hazırda model kimi fəaliyətini davam etdirir.