ABŞ-ın Corciya ştatında yerə çırpılmış C-130 "Hercules hərbi yük təyyarəsinin qəza anı müşahidə kamerasının obyektivinə düşüb.

Unikal.org xəbər verir ki, qəzanın görüntüsü "YouTube portalında yayılıb.

Puerto Rikonun 156-saylı hərbi hissəsindən Arizonaya yollanan təyyarə Savana/ Hilton Hed aeroportu yaxınlığında yerə çırpılıb. Hadisə nəticəsində göyərtədə olan doqquz nəfər həlak olub. Bütün qurbanları Milli qvardiyanın əsgərləri olub.

Qəzanın səbəbləri hələ ki açıqlanmır.