SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Başından qəlpə yarası alan dünya çempionu: “Saxta çempionları ölkəyə "soxurlar"”
MÜSAHİBƏ 17:23 / 09.05.2018
Beynəlxalq Kempo Federasiyasının rəsmi səlahiyyətli nümayəndəsi, ciu-citsu üzrə 7 ci dan , Kempo üzrə 4 cü dan , Şotokan Karate – Do 2 ci dan qara kəmər sahibi, Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov Unikal.org-a müsahibə verib.

Azərbaycanda Kempo İdman növünün yaradıcısı, təbliğatçısı olan İbrahimov saxta çempionlardan, onun işinə burun soxanlardan danışıb:

- Kemponun hazırki durumu nə yerdədir? Bu idman növü Azərbaycanda inkişaf edə bilirmi?

- Bilirsiniz ki, Azərbaycanda bu idman növünün adı mənim adımla bağlıdır. Yəni 2009-cu ildə kemponun ölkəmizə gətirilməsinin səbəbkarı mən olmuşam. Beynəlxalq Kempo Federasiyası ilə əlaqə yaradaraq, onların dəvəti ilə 6-cı Dünya çempionatında iştirak edərək, ilk mütləq Dünya çempionu oldum. Beləliklə də Azərbaycanda Kemponun rəsmi nümayəndəliyini aldım. 2011-ci ildə də Beynəlxalq turnir və seminar təşkil edərək qurumun rəsmilərini Azərbaycana dəvət etdim. Qeyd edim ki, qanun çərçivəsində dövlətin maddi və mənəvi dəstəyi var. Gənclər və İdman nazirliyi artıq bir neçə ildir ki, respublika çempionatlarının keçirilməsinə, idmançılarımızın Dünya və Avropa çempionatlarında iştirakına maddi və mənəvi dəstək olur. Rəhbəri olduğum "Toğrul” idman klubu olaraq biz də öz daxili imkanlarımızla kemponun inikşafı üçün çalışırıq.

Bir haşiyəyə çıxım. Bu gün bəzi federasiyalar var ki, öz işi ilə məşğul olmurlar. Mən kempoçu olaraq bu idman növünün təbliğatıyla məşğulam. Amma rəhbəri olduğum idman klubu başqa idman federasiyaları ilə də əməkdaşlıq edir. Hər şey qanun çərçivəsindədir. Bu gün biz Gənclər və İdman Nazirliyinin təqvim planında da varıq. "Sport Accord” adlı qeyri-siyasi bir qurum fəaliyyət göstərir. Bu beynəlxalq qurum qeyri-olimpiya idman növlərinin fəaliyyətinə nəzarət edərək onların gələcəkdə olimpiya oyunlarına qatılması üçün qərar verir.Artıq neçə illərdi ki, mənim nümayəndəsi olduğum Beynəlxalq Kempo Federasiyasının Dünya və Avropa çempionatlarına bu qurumun nümayəndələri nəzarət edir. Yaxın gələcəkdə Kemponun Sportaccordun tərkib hissəsi olacağı gözlənilir. Yenə deyirəm elə federasiyalar var ki, adları başqadır, amma öz işləri ilə məşğul olmurlar.

- Onlar kimdir?

- Həmin federasiyalar gəncləri aldadaraq dünya və avropa adı ilə saxta yarışlara aparır. Məsələn Qocyu-Ryu Karate-Do Federasiyası. Rəhbəri Tanrıverdi Allahverdiyevdir. Onlar hər həftə "dünya çempionatı” adı ilə bəzi yarışlarda iştirak edirlər. 20 idmançı gedir 60-dan çox medalla gəlirlər. Bu il on nəfər heyətlə Macarıstanın Budapeşt şəhərində keçirilən Kempo üzrə 15-ci dünya çempionatında iştirak etdik. 67 dövlətdən 1000 - ə yaxın idmançı iştirak edirdi. Biz çox çətinliklə 4 gümüş medal qazandıq.

- Saxta çempionlarla bağlı sizə təklif gəlib? Yəni burada çempionat keçiriləcək, siz də qatılın...

- O qədər.... Təklif olunanda maraqlanıram ki, haranın çempionatıdır? Nə yarışıdır? Rəsmi saytlarını aç baxaq görək nə təşkilatdır? Başqalarını deyə bilmərə, amma biz çempionatdan gələndə nazirliyə hesabat veririk.

- Çempionatlara gedərkən idmançılardan pul alırsınız?

- Bəzi turnirlər var ki, o valideynin istəyi üzrədir. Bu turnirlər də idmançının təcrübə yığması üçündür. Bu zaman valideynlər yol və orada qalmaq pulunu ödəyirər. Amma Dünya və Avropa çempionatlarına gedərkən heç bir idmançıdan pul almamışam. Özüm 34 kv m evdə yaşayıram, işə velosipedlə gedib-gəlirəm. Amma çempionatlara gedərkən idmançılardan bir qəpik də almamışam. Mən özüm 7 il hərbi xidmətdə olmuşam, Qarabağ uğrunda döyüşmüşəm, başımdan qəlpə yarası almışam. Bu dövlət, vətən üçün canımı vermişəm. Verməyə də hazıram.... Kimsənin qarşısında da gözü kölgəli deyiləm. 8 ildir ki, kemponu təbliğ edirəm.

- Dediyiniz federasiya sizə necə mane olur?

- Bu gün Qocyu-Ryu Karate-Do Federasiyası ölkəyə kempo üzrə dünya və Avropa çempionları gətirir. Bu düzgün deyil. Mən onların işinə qarışmamışam. Onlar başqa federasiyadır. Amma kimsə də mənim işimə burnunu soxmasın. Bizim gördüyümüz işin qarşısında başqasının gəlib, "mən kempoçuyam" deməyə haqqı yoxdur.  

Aygün İlqarqızı