CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özəl və Manisa Bələdiyyəsinin başqanı Cingiz Ərgunun şəhid cənazəsi başında gülərək sphbət etmələri sərt etiraza səbəb olub.

Unikal.org bildirir ki, hadisə Şırnakda PKK-ya qarşı əməliyyat zamanı şəhid olan polis əməkdaşı Mustafa Kozakın cənazə törənində baş verib.

Hamidiyə məscidində keçirilən törəndə millət vəkillərinin gülərək söhbət etmələri vətəndaşların etirazına səbəb olub.