SON XƏBƏRLƏR
22 May 2018
Nazirlik rəisi CƏRİMƏLƏDİ - FOTO
CƏMİYYƏT 16:25 / 16.05.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə unikal.org-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.

Faktla bağlı əraziyə cavabdeh Xaçmaz rayon Yaşıllaşdırma İdarəsinin rəisi Məmmədağa Qəribov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilməsi üçün idarənin rəisinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.