SON XƏBƏRLƏR
22 May 2018
Təmizlik idarəsinin işçisi döyüldü
HADİSƏ 16:34 / 16.05.2018
Gəncədə döyülmə faktı qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik İdarəsinin işçisi, 1986-cı il təvəllüdlü Allahverdiyev Vüsal Sabir oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, V. Allahverdiyev iş başında olan zaman döyülüb.

Faktla bağlı araşdırma aparılır.