SON XƏBƏRLƏR
22 May 2018
Səməd Seyidovdan ETİRAZ: “Biz bunun dəfələrlə şahidi olmuşuq"
SİYASƏT 16:50 / 16.05.2018
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirir.

Unikal.org-un xəbərinə görə, S.Seyidov deyib ki, Azərbaycan AŞPA-nın strukturlari konstruktiv əməkdaşlıq edir.

O qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: "Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.