SON XƏBƏRLƏR
26 May 2018
25 May 2018
Həkimlər əkizləri bir-birindən ayırmaq istəsə də... - VİDEO
DÜNYA 16:51 / 16.05.2018
ABŞ-ın Florida ştatının Orlando şəhərində yeni doğulan əkizlərin bir-birinə olan "sevgi bağı” hamını duyğulandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeni doğulmuş körpələrin maraqlı videosu ataları Dane Lyman tərəfindən sosial şəbəkədə paylaşılıb.

Videodan da göründüyü kimi, həkim əkizləri müayinədən keçirmək üçün bir-birindən ayırmaq məcburiyyətində qalır. Bu zaman uşaqlar ağlamağa başlayır. Həkim müayinəsini bitirdikdən və körpələri yan-yana qoyduqdan sonra onların ağlama səsi kəsilir, sakitləşirlər. Həkim müayinəsindən keçərkən bir-birindən ayrıldıqları zaman ağlamağa başlayır. Ueston ve Kaleb akıd əkizlərin videosu paylaşma və izləmə rekordu qırır, bir gün ərzindən 5 milyondan çox izlənilib.

Ata bu görüntülərlə bağlı mətbuata belə danışıb:

"Əkiz olduqlarını öyrəndiyimiz zamandan bəri ən böyük arzularımızdan biri gələcəkdə bir-birinə dayaq durmaları olub. Ümid edirdik ki, böyüdükləri zaman bir-birini hər zaman dəstəkləyəcəklər. Amma deyə bilərəm ki, onların doğulduqdan bir neçə dəqiqə sonra bir-birinə bu qədər sevgi ilə bağlı olduqlarını görmək bizim arzumuzun ilk mərhələsi kimi idi. Bu izlənilməsi ən gözəl anlardan biriydi. O anları kameraya çəkə bildiyim üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, bu görüntülərdəki körpələr Dane və Lisa cütlüyünün ailəsində ikinci əkiz övladlarıdır. Onların iki qızı da var.