SON XƏBƏRLƏR
18 Avqust 2018
Bu yol bağlanır - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
CƏMİYYƏT 18:06 / 16.05.2018

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gecədən Bakının Nərimanov rayonunun Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Unikal.org Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənə qədərqüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.