SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Türkiyənin ABŞ-dakı səfiri geri çağırıldı
DÜNYA 19:24 / 16.05.2018

Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Serdar Kılıç Ankaraya çağrılıb.

Unikal.org sözcü-yə istinadən bildirir ki, İsrail və Fələstin arasındakı toqquşmalara görə, Vaşinqton və Tel-Əvini ittiham edən Ankara ABŞ-dakı səfirini müvəqqəti olaraq Ankaraya çağrılıb. Səfirin bundan sonrakı siyasi proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacağı bildirilib. Səfir baş verən olayların ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qəzzaya köçürülməsindən sonra başladığını vurğulayıb.

Qeyd edək ki, son bir neçə gün ərzində Qəzza zolağındakı toqquşmalarda öldürülən fələstinlilərin sayı 63-ə çatıb.