SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
Direktor müavinləri ilə bağlı QƏRAR VERİLDİ
CƏMİYYƏT 19:52 / 16.05.2018

Azərbaycanda orta məktəblərdə direktor müavinlərinin işə qəbulunda məhdudiyyətlər tətbiq ediləcək.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırovun sözlərinə görə, direktor müavinlərinin işə qəbulu əvvəlki illərdə olduğu kimi bu il də yerli təhsl idarəetmə orqanlarının səlahiyyətinə aid olacaq:

"Sadəcə olaraq, bu məsələ ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişiklik ondan ibarətdir ki, əvvəlki illərdə direktor müavinləri pedaqoji təcrübəsinə görə kənardan işə qəbul oluna bilirdisə, indi bu məsələdə məhdudiyyət müəyyən edilib".

E.Bağırov bildirib ki, yalnız təhsil müəssisəsində çalışan müəllimlər vəzifədə irəli çəkilmək yolu ilə direktor müavini təyin olunacaqlar.

Nazirlik rəsmisi hesab edir ki, bu, müəllimlərin daha motivasiyalı işləməsinə səbəb olacaq.